Azərbaycanda informasiya və rabitə xidmətlərindən əldə olunan gəlirlər AÇIQLANDI

22:21 - 17 Noyabr 2023

Azərbaycanda informasiya və rabitə xidmətlərindən əldə olunan gəlirlər AÇIQLANDI

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri 2 milyard 546,1 milyon manat dəyərində xidmət göstərib.

 

Manset.az “Report”-a istinadən  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 73,1 %-i əhali sektoruna aid olub.
Hesabat dövründə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,8 % artıb, bu sahədə əldə edilmiş gəlirin 83,4 % qeyri-dövlət sektorunun payına düşüb.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin