Avropanın ən böyük qaz yatağı BAĞLANDI

21:50 - 1 Oktyabr 2023

Avropanın ən böyük qaz yatağı BAĞLANDI

Oktyabrın 1-də Niderlandın Qroningen şəhərində Avropanın ən böyük yatağında qaz hasilatı dayandırılıb.

 

Manset.az xəbər verir ki, bu barədə ANP agentliyi məlumat yayıb.

Qroningen yatağı 1959-cu ildə kəşf edilib. Ən pik dövründə burada ildə 50 milyard kubmetrdən çox qaz hasil edilirdi. Lakin zəlzələlər səbəbindən hasilatın 2018-ci ildə tədricən azaldılması və yatağın bağlanması barədə qərar qəbul edilib.

İyun ayında Niderland hakimiyyəti 2023-cü il oktyabrın 1-dən etibarən Qroningendə qaz hasilatını tamamilə dayandırmaq qərarına gəlib. Eyni zamanda, fövqəladə hallarda, məsələn, soyuq qışla əlaqədar olaraq yatağın istismarını bərpa etmək mümkündür.

Eyi zamanda yatağın fəaliyyətinin tam dayandırılması üçün parlamentin qərarı lazımdır.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin