Bakıda avtomobil azyaşlını vurdu

11:24 - 30 Avqust 2023

Bakıda avtomobil azyaşlını vurdu

Bakıda avtomobil 5 yaşlı uşağı vurub.

 

Manset.az “Report”ya istinadən xəbər verir ki, hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2018-ci il təvəllüdlü Arzu Rövşən qızı Ağayevanı vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin