Xaçmazda KÜTLƏVİ DAVA - 2 qardaş döyüldü

08:57 - 11 Avqust 2023

Xaçmazda KÜTLƏVİ DAVA - 2 qardaş döyüldü

Xaçmaz rayonunda kütləvi dava olub, iki qardaş xəsarət alıb.

 

 Manset.az “Report”a istinadən xəbər verir ki, rayon sakinləri, 1988-ci il təvəllüdlü Məhərrəmov Müzəffər Eyvaz oğlu və onun qardaşı, 1979-cu il təvəllüdlü Məhərrəmov Məlik Eyvaz oğlunun tanıdıqları şəxslərlə aralarında mübahisələri düşüb.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

Nəticədə Məhərrəmov qardaşları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin