Bu tarixdən kolleclərə sənəd qəbulu başlayır

19:26 - 10 Avqust 2023

Bu tarixdən kolleclərə sənəd qəbulu başlayır

Avqustun 14-ü saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start veriləcək.

 

Manset.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, müraciətçilər "portal.edu.az" saytı üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeydiyyat prosesi avqustun 23-ü saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin