İranda həbs edilən Fəridin anası: “Əməliyyat olunub, vəkil tutmuşam”

19:22 - 10 Avqust 2023

İranda həbs edilən Fəridin anası: “Əməliyyat olunub, vəkil tutmuşam”

“Fəridə vəkil tutmuşam. İranda yaşayan azərbaycanlı vəkil işlə tanış olub”.

 

Manset.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında İranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib.

Onun sözlərinə görə, vəkil oğlu və hakimlə görüşüb:

“Oğlumun həbsinə dair heç bir sübut yoxdur. Fəridin orada səhhətində problemlər yaranıb və kor bağırsağından əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır. Yaxın günlərdə qərar çıxmalıdır. Fəridin casusluq niyyətinə dair ortada heç bir sübut yoxdur”.

Qeyd edək ki, F.Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri dönməyib. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Azərbaycan Xarici İşlər Nazirliyi martın 9-da onunla bağlı bu ölkəyə nota verib.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin