“BakuBus” sürücüsü ilə sərnişinlər arasında insident yaşanıb? - AÇIQLAMA

19:07 - 10 Avqust 2023

“BakuBus” sürücüsü ilə sərnişinlər arasında insident yaşanıb? - AÇIQLAMA

Bakıda sürücü ilə sərnişin arasında mübahisə yaranıb.

 

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, hadisə şahidi iddia edir ki, 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü nəqliyyat vasitəsini saxlayıb və sürməyəcəyini deyib. Hər hansı bir səbəb qeyd etməyən hadisə şahidi sürücünü əsassız yerə kondisioneri işlətməməkdə və nəqliyyat vasitəsini saxlayıb sərnişinləri interval üzrə növbəti avtobusa mindirməyə çalışmaqda günahlandırır. Hadisənin ötən gün saat 17 radələrində qeydə alındığı bildirilir.

Mövcud vəziyyətin bir çox səbəbi ola bilər - nəqliyyat vasitəsində hər hansı texniki nasazlıq, sərnişinlərin bilmədiyi hansısa təhlükəsizlik problemi və s. Bu məqsədlə sözügedən hadisə ilə bağlı sərnişinin irəli sürdüyü iddialara “BakuBus” MMC-nin də mövqeyini öyrəndik.

Manset.az xəbər verir ki, “BakuBus” MMC-nin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkədə şirkətin istismarında olan 125 nömrəli marşrut xəttinin sürücüsü ilə bağlı yayılan videogörüntü hərtərəfli araşdırılıb:
“Sürücünün davranışının qaydalar çərçivəsində olduğu müəyyən edilib. Sərnişinlər avtobusun dayanacaqda saxlanmamasını tələb ediblər, bu isə əsassızdır. Əlavə olaraq bildiririk ki, “BakuBus” MMC-nin istismarında olan bütün marşrut xətlərində kondisioner sistemi işlək vəziyyətdədir. Havaların son günlər həddən artıq isti keçməsi ilə bağlı avtobuslarda kondisionerlərdə yaranan problemlər anında həll olunur.

Bununla yanaşı, bildirmək istəyirik ki, sərnişin məmnuniyyətinin artırılması məqsədilə keyfiyyətin yüksəldilməsi üçün bu yaxınlarda işə başlayan keyfiyyətə nəzarət mütəxəssisləri gündəlik əsasda bilavasitə xidmət zamanı keyfiyyətin monitorinqini həyata keçirir və sərnişinlərin yanında olaraq rəylərini öyrənirlər”.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin