Dolların KƏSKİN ENİŞİ – Manatı nə GÖZLƏYİR?

14:52 - 21 İyul 2023

Dolların KƏSKİN ENİŞİ – Manatı nə GÖZLƏYİR?

“Hazırda dünyanın maliyyə bazarlarda aparıcı valyuta məzənnələrində baş verən dəyişikliklərin Azərbaycanda manat-dollar münasibətlərinə heç bir təsiri yoxdur. Ona görə ki, ölkəmizin valyuta bazarı Mərkəzi Bank tərəfindən inzibati yolla tənzimlənir”.
 

Manset.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

O, əlavə edib ki, nə vaxt ölkəmizdə sərbəst üzən məzənnəyə keçid olarsa, o zaman bu dəyişikliklər milli vayutamıza təsir edəcək:

“Ancaq hazırda və yaxın gələcəkdə belə bir şeyin olacağı gözlənilmir. Ona görə ki, Azərbaycanın əsas ixrac etdiyi məhsul neft və neft məhsullarıdır”.

Ekspert vurğulayıb ki, xam neftin qiyməti dünya bazarında ciddi şəkildə aşağı düşərsə və Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan qiymətdən aşağı olarsa, o zaman ölkənin tədiyyə balansında və xarici ticarətində defisid yarana bilər:

“Bu da dərhal valyuta bazarına öz təsirini göstərəcək. Yəni, manat dollara qarşı münasibətdə ucuzlaşacaq. Bu isə hələlik gözlənilmir. Ona görə ki, neftin qiyməti 50 dollardan da aşağı düşməlidir.

Əgər nə vaxtsa, ixrac potensialmız çox çeşidli olarsa və ölkədə dollar təklifi yalnız Dövlət Neft Fondu tərəfindən deyil, digər subyektlər tərəfindən də həyata keçirilərsə, o zaman beynəlxalq aləmdə ayrı-ayrı valyutaların kurslarında baş verəcək dəyişikliklərin ölkəmizə təsiri barəsində danışmaq mümkün olacaq”. 

Məlumdur ki, Azərbaycana idxala olunan məhsullar xarici valyutalarla, əsasən də dollarla hesablanır. 

Bu baxımdan da dolların ucuzlaşması idxalın dəyərinin də aşağı düşməsinə səbəb olarmı?

Müsahibimizin sözlərinə görə, bu xarici valyutaların dəyərdən düşməsi uzun müddətli, davamlı və dayanıqlı olarsa, həmin məhsilların ölkəyə daha ucuz qiymətə daxil olmasına səbəb olacaq:

“Ancaq bunun da mənfi cəhətləri var. Belə ki, ucuzlaşma idxalı stimullaşdırır, yəni daha çox idxal etmək imkanı əldə edilir. Bu isə dolayı yolla yerli istehsalın inkişafını məhdudlaşdırır. Bir sözlə, bunun mənfi tərəfi daha çoxdur”. 


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin