Azərbaycan Özbəkistanla ticarət imkanlarının artırılmasını müzakirə etdi

18:47 - 19 İyul 2023

Azərbaycan Özbəkistanla ticarət imkanlarının artırılmasını müzakirə etdi

Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın artırılması, Orta Dəhlizdə ticarət imkanlarının artırılması və yeni potensialların müəyyən edilməsi məqsədilə Özbəkistanın Baş naziri Abdulla Aripovun başçılıq etdiyi nümayəndə heyəti Bakı Limanına səfər edib.

 

Manset.az bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, nəqliyyat, energetika, investisiya və ticarət sahələrinin rəhbər şəxslərinin də təmsil olduğu nümayəndə heyəti Bakı Limanının texniki imkanları, yükaşırma həcmi və terminalların iş prinsipi ilə tanış olub. Səfər zamanı qonaqlara Bakı Limanında inşası davam edən və yaxın gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələri barədə məlumat verilib, sualları cavablandırılıb.

2018 ci ildən 2023-cü ilin II rübünə qədər Bakı Limanı və Özbəkistan arasında hər iki istiqamət üzrə 18 000 TEU konteyner, 22 000 vaqon və 23 000-dən çox təkərli texnika daşınıb.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin