Bakıda avtomobil iki qadını vurdu - Onlardan biri öldü

10:00 - 15 Aprel 2023

Bakıda avtomobil iki qadını vurdu - Onlardan biri öldü

Bakıda avtomobil iki qadını vurub, onlardan biri ölüb.

 

Manset.az report-a istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Nəsimi rayonu, S.Vurğun küçəsi, “Zabitlər Parkı”nın qarşısında qeydə alınıb.

Məmmədzadə Səmədulla Yədulla oğlu idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək yolu keçmək istəyən piyadalar 1975-ci il təvəllüdlü Süleymanlı Aynurə Əşrəf qızı və 1966-cı il təvəllüdlü Tağıyeva Mehriban Yaşar qızını vurub.

Nəticədə M.Tağıyeva hadisə yerində ölüb, A.Süleymanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin