Bakıda futbol meydançasında kütləvi dava - Yaralılar var

09:43 - 15 Aprel 2023

Bakıda futbol meydançasında kütləvi dava - Yaralılar var

Bakı şəhər Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən futbol meydançasında yeniyetmələr arasında kütləvi dava-dalaş olub.

 

Manset.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, C.Hacıbəyli küçəsi 28 ünvanında yerləşən davada 2010-cu il təvəllüdlü R.Məhərrəmli və 2011-ci ildə anadan olmuş Ü.Zeynalzadə döyülüblər. Onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisə vaxtı hər iki yeniyetmənin tanımadıqları 3-4 nəfərin hücumuna məruz qaldıqları və dava-dalaş zamanı xəsarət aldıqları bildirilib.

Faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində araşdırma aparılır.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin