Qaxda qadın sürücü piyadanı səkidə vurdu

20:31 - 14 Aprel 2023

Qaxda qadın sürücü piyadanı səkidə vurdu

Qax rayonunda qadın sürücü idarə etdiyi avtomobillə 65 yaşlı piyadanı səkidə vurub.

 

Manset.az xəbər verir ki,  hadisə şəhərin Azərbaycan prospektində baş verib.

Belə ki, Sevinc Şıxəmirova idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən Qax şəhər sakini, 1958-ci il təvəllüdlü Nərminə Zeynal qızı Omarovanı vurub.

Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

65 yaşlı qadının vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin