NATO-da müdafiəyə ən çox vəsait ayıran ölkə biz ola bilərik - Polşa

21:20 - 30 Yanvar 2023

NATO-da müdafiəyə ən çox vəsait ayıran ölkə biz ola bilərik - Polşa

Polşanın baş naziri Mateuş Moravietski Polşanın bu il ümumi daxili məhsulunun (ÜDM) 4 faizini müdafiəyə ayıracağını bəyan edərək, bunun NATO üzv ölkələri arasında ən yüksək pay ola biləcəyini bildirib.

 

Manset. Az xəbər verir ki, Moravietski və Polşanın müdafiə naziri Mariuş Blaşçak ölkənin şərqindəki Siedlcedəki 18-ci Mexanikləşdirilmiş Diviziyaya baş çəkiblər.

Polşanın hərbi xərclərinə də toxunan Moravietski qeyd edib ki, hökumət Polşa Silahlı Qüvvələrinin gücünü artırmağa üstünlük verir və ölkədə daha çox NATO əsgərinin olmasını istəyir.

Ukrayna-Rusiya müharibəsi səbəbiylə Polşa ordusuna sərmayə qoymağa davam edəcəklərini vurğulayan Moravietski bu il görünməmiş bir səy göstərəcəyik. Ümumi daxili məhsulun (ÜDM) 4 faizini Polşa Silahlı Qüvvələrinə xərcləyəcəyik deyib.
 
Qeyd edib ki, bu, indiyə qədər edilən ən böyük hərbi xərc ola bilər.

Xatırladaq ki, Polşa ötən il bir sıra irimiqyaslı hərbi alışlar edib, o cümlədən ABŞ-dan Abrams tankları və HIMARS reaktiv yaylım atəşi sistemləri, Cənubi Koreyadan isə haubitsa, tank və reaktiv təyyarələr alıb.

Davud


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin