Dumanda görünüş 200-500 metrədək məhdudlaşdı - Faktiki hava

11:23 - 30 Mart 2024

Dumanda görünüş 200-500 metrədək məhdudlaşdı - Faktiki hava

Martın 30-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti sabit olub, əsasən yağmursuz keçib.

Qar örtüyü tədricən əriyib Şahdağda 14 sm olub.

Sumqayıt, İmişli, Cəfərxan, Şabran, Astarada duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu iqlim normasından 4 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək isti, Naxçıvan MR-də 16-21 dərəcə isti, Aran rayonlarında 19-22 dərəcə isti, dağlıq rayonlarda 15 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək isti olub.


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin