Bakıda AĞIR QƏZA - Ölənlər və yaralılar var

09:29 - 30 Mart 2024

Bakıda AĞIR QƏZA - Ölənlər və yaralılar var

Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, qəza maşın bazarının yaxınlığında qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı minik avtomobili ilə yük maşını toqquşub. İdarəetmədən çıxan minik maşını əvvəlcə işıq dirəyinə, sonra isə yük maşınına çırpılıb.

Hadisədə minik avtomobilinin sürücüsü və sərnişini ölüb. İki nəfər isə ağır xəsarət alıb.

Yaralılar əraziyə çağırılmış təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Minik avtomobili deformasiyaya uğrayıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin