Sabah Xırdalanın bu hissəsində 8 saat işıq olmayacaq

20:16 - 29 Mart 2024

Sabah Xırdalanın bu hissəsində 8 saat işıq olmayacaq

Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində 30 mart 2024-cü il tarixində saat 9:00-dan saat 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 

 

Bu barədə Manset.az-a  “Azərişıq” ASC-dən bildirilib.

Qurum istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yenidənqurma işləri həyata keçirəcək. Görülən yenidənqurma işləri gün ərzində yekunlaşdırılaraq elektrik enerjisinin verilişi tam təmin ediləcək.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin