“Qarabağ”ın güclü olduğunu bilirik” - “ Bayer”in futbolçusu

19:12 - 13 Mart 2024

“Qarabağ”ın güclü olduğunu bilirik” - “ Bayer”in futbolçusu

"Sabahkı oyuna hazırıq. Bilirik ki, nəyisə düz etməsək, şansımızı itirəcəyik. Ümid edirik ki, hər şey yaxşı olacaq".

 

Manset.az xəbər verir ki, bu sözləri "Bayer"in futbolçusu Yosip Stanişiç Avropa Liqasının 1/8 final mərhələsinin "Qarabağ"la cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Almaniyalı müdafiəçi "Qarabağ"ın güclü rəqib olduğunu bildirib: "Biz rəqiblərimizin zəif olduğunu heç vaxt düşünməmişik. Bilirik ki, "Qarabağ" güclüdür. Bizi asan oyun gözləmir. Sabah əlimizdən gələni edəcəyik. İlk matç bizim üçün çox çətin keçdi. Onlar xüsusilə ilk hissədə güclü idilər. Sabahkı matçda qələbə üçün əlimizdən gələni edəcəyik".

Stanişiç oyuna çox yaxşı hazırlaşdıqlarını da vurğulayıb: "Düzdür, əvvəlki matçlarda o qədər şans qazanmamışdım. Komandaya öyrəşmək lazımdır. Bu, hər bir futbolçuda baş verir. Mənim üçün hər bir yarış önəmlidir. Hər bir turnirdə yaxşı performans göstərməyə çalışıram. Komanda şəklində bütün turnirlərdə maksimum nəticə qazanmağa çalışırıq. Ümumilikdə yaxşı performans nümayiş etdirməliyik. Bu vaxta qədər çox yaxşı çıxış etmişik".

Xatırladaq ki, martın 14-də keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında Bakıda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin