"Qalatasaray"da ayrılıq: Ulduz futbolçu gedir

15:06 - 13 Mart 2024

"Qalatasaray" yeni mövsüm üçün transferlər üzərində çalışarkən, daxili transferlərdə də hərəkətə keçməyə hazırlaşır.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Braziliya klublarının yaxından maraqlandığı Tete yayda ölkəsinə qayıda bilər.

"Sarı-qırmızılılar" gənc futbolçunu yaxşı transfer qiymətinə satmağı planlaşdırır.

Həmçinin bilidirilib ki, "Aston Villa"da gözləntiləri doğrultmayan Zaniolo böyük ehtimalla mövsümün sonunda "Qalatasaray"a qayıdacaq.

Lakin İtaliyanın "Latsio" klubu gənc ulduzla maraqlanır və transfer İstanbul təmsilçisinin qapısını döyməyə hazırlaşır.

Mövsümün sonunda müqaviləsi başa çatacaq Mertens aktiv futbol həyatına son qoymağa hazırlaşır. Okan Buruk isə təcrübəli futbolçunu daha 1 il heyətində saxlamaq və məşqçilər heyətinə qatmaq üçün danışıqlar aparır.

Təbii ki, klubda gələcəyi ən çox maraq doğuran adlar Vilfrid Zaha və Hakim Ziyeşdir. Hər iki futbolçudan istədiyi performansı ala bilməyən "Qalatasaray"ın bu futbolçular üçün təkliflər gözlədiyi və mövsümün sonunda klubun maraqlarına uyğun qərar verəcəyi qeyd olunub.


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin