Bu 2 klub "Arsenal"ın müdafiəçisini almaq istəyir

14:15 - 8 Mart 2024

Bu 2 klub

“Arsenal”ın müdafiəçisi Aleksandr Zinçenko yay transfer pəncərəsində London klubunu tərk edə bilər.

 

Manset.az Lent.az-a istinadla bildirir ki, futbolçu ilə “Bavariya” və “Nyukasl” maraqlanır.

Qeyd olunur ki, Münhen klubunun yeni sol cinah müdafiəçisinə ehtiyacı var, çünki Alfonso Davies gələn yay çox güman ki, “Real Madrid”ə keçəcək. “Arsenal” 27 yaşlı Zinçenkonun satışına görə 45 milyon avro almaq istəyir.

Bu mövsüm sol cinah müdafiəçisi Aleksandr Zinçenko “Arsenal”ın heyətində bütün turnirlərdə 27 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.

Zinçenko sonuncu dəfə fevralın 4-də “Arsenal”ın heyətində oyun keçirib. Daha sonra londonluların rəqibi “Liverpul” olub (3:1).


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin