Azərbaycanda AĞIR QƏZA: Ölən şəxslərin adları açıqlandı - YENİLƏNDİ (FOTO)

09:28 - 4 Mart 2024

Azərbaycanda AĞIR QƏZA: Ölən şəxslərin adları açıqlandı - YENİLƏNDİ (FOTO)

Göyçayda ağır avtomobil qəzası baş verib, ölənlər və yaralanan var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a bildirilib ki, Göyçay rayonunun Müskürlü kəndi ərazisində KIA markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlülər - Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüblər. Digər bir sərnişin isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

03:00

Göyçay-Ucar avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı üç nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Hazırda əraziyə Göyçay təcili tibbi yardım briqadasının əməkdaşları və polis cəlb olunub.

Yaralıların Ucar Rayon Mərkəzi Xəstəxanasına aparıldığı bildirilir. Əlavə məlumat veriləcək.


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin