Bakıda köməksiz qalan azyaşlıların xilas edilməsinin görüntüləri yayıldı - VİDEO

17:30 - 25 Fevral 2024

Bakıda köməksiz qalan azyaşlıların xilas edilməsinin görüntüləri yayıldı - VİDEO

Bakıda çoxmərtəbəli yaşayış binasında köməksiz qalan azyaşlıların xilas edilməsinin görüntüləri yayılıb.

 

Manset.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzilldə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə mənzillərə pəncərədən daxil olub və köməksiz vəziyyətdə qalan azyaşlılar - 2012-ci il təvəllüdlü M.R və 2021-ci il təvəllüdlü R.Y xilas edərək ailə üzvlərinə təhvil veriblər.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin