Lerikdə minik avtomobili dərəyə aşıb - Ölən və yaralananlar var

14:41 - 25 Fevral 2024

Lerikdə minik avtomobili dərəyə aşıb - Ölən və yaralananlar var

Fevralın 25-də saat 11 radələrində Lerik rayon sakini Xalid Eyvazovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun "Veləçola" adlanan ərazisində yoldan çıxaraq çaya aşıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən xəbərə görə, nəticədə avtomobildə olan sərnişin İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov ölüb. Sürücü və digər sərnişin Lerik rayon sakini R.Hüseynov isə xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin