Şəbnəm “onunla 10 il birgə yaşamışıq” deyən şəxsdən DANIŞDI: "Üzr istədi" - VİDEO

07:00 - 16 Yanvar 2024

Şəbnəm “onunla 10 il birgə yaşamışıq” deyən şəxsdən DANIŞDI:

Müğənni Şəbnəm Tovuzlu (Əsədova) “onunla 10 il birgə yaşamışıq” deyən şəxs barəsində ilk dəfə açıqlama verib.

 

Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Xəbəriniz var?" maqazin verilişində danışıb.

Şəbnəm bildirib ki, həmin insanla illərlə toylara gedib və yalan sözlər danışdığı üçün o şəxs üzr istəyib:

"Həmin şəxs oyrədilmişdi. Onun özü ilə danışıldı. O, dediyi sözlərə görə, üzr istədi. Söylədi ki, “ilk dəfə idi ki, efirə çıxırdım və səhv elədim”. Gərək bu kimi şeylər olmazdı. 

Onunla illərlə toylara, məclislərə getmişik. Elə şeylər var ki, bunları demək olmaz. Öyrətsələr belə,... Axı nə qazandınız? Siz yenə yoxsunuz. Amma Şəbnəm yenə Şəbnəmdir. Sadəcə insanlar bir-birinə hörmət saxlamalıdır. 

Qəlb qırmaq Allahın sevmədiyi bir məsələdir. Həmin şəxslə mən özüm danışmadım. O, bir bəy üçün yaraşmayan sözlər dilə gətirdi. Belə şeyləri bir bəy etsə belə, danışmamalıdır. Amma etməyə-etməyə danışdığı üçün insanlar tərəfindən çox qınanıldı. Olunan zəngdə də o insan səhvini anlayıb, üzr istədi. Əvvəlcə düşündük ki, bunu kamera önündə etsin, sonra isə buna gərək görmədik. İstəmədik bu məsələni böyüdək".
 


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin