Ramil Şeydayevə ağır cəza verildi

12:26 - 11 Dekabr 2023

Ramil Şeydayevə ağır cəza verildi

Asiya Futbol Konfederasiyası “Buriram Yunayted”də çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayevə ağır cəza verib.

 

Manset.az xəbər verir ki, yığmamızın forvardı Asiya Çempionlar Liqasında Çinin “Zhejiang” klubu ilə matçda etdiyi davaya görə 8 oyunluq cəza alıb.

Xatırladaq ki, Çin klubunun 3:2 hesabı ilə qalib gəldiyi oyundan sonra hər iki komandanın oyunçuları və məşqçiləri arasında kütləvi dava düşüb. Şeydayev rəqib komandanın bir çox futbolçusunun fiziki hücumuna məruz qalıb.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin