"ƏDV geri al"ı saxtalaşdıranlarla bağlı YENİ XƏBƏR - VİDEO

16:25 - 19 Noyabr 2023

ƏDV-ləri geri alarkən diqqətli olun.

 

Manset.az xəbər verir ki, Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, kiberdələduzlar tərəfindən "əəə.edv-geri.com" adı altında saxta veb-sayt yaradılıb.

Veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə FİN-kodlar tələb olunur.

Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə vətəndaşları diqqətli olmağa çağırıb.

Sektor müdiri həmçinin onu da qeyd edib ki, vətəndaşlar belə hallarla rastlaşarsa, o zaman aidiyyatı üzrə müraciət etsinlər.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin