“Brent” markalı neft ucuzlaşdı

20:47 - 16 Noyabr 2023

“Brent” markalı neft ucuzlaşdı

"Brent" markalı neftin bir barelinin yanvar fyuçerslərinin qiyməti iyulun 11-dən bəri ilk dəfə 78 ABŞ dollarından aşağı düşüb.

 

Manset.az  report-a istinadən xəbər verir ki, bunu ICE birjasındakı ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 19:13-ə olan məlumata görə, müqavilənin qiyməti 77,98 dollara düşüb. Bakı vaxtı ilə saat 19:20-də neft qiymətləri yenidən 78,2 dollara qalxıb. Bu zaman kəsiyində "Nymex" birjasında WTI markalı neftin bir barreli 73,81 dollara qədər düşüb.

ABŞ Energetika Nazirliyinin məlumatına görə, ölkədə neft ehtiyatları 3,6 milyon bareldən çox artaraq analitiklərin gözləntilərini üstələyib. Hasilat gündəlik 13,2 milyon barel olmaqla rekord səviyyədə qalır. Bu, bazarda izafi neft olması ilə bağlı fikirlərə səbəb olub və qiymət düşüb.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin