Azərbaycanda ÜDM istehsalı 100 milyard manatı ÖTDÜ

20:51 - 14 Noyabr 2023

Azərbaycanda ÜDM istehsalı 100 milyard manatı ÖTDÜ

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 100,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

 

Manset.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,3% azalıb, qeyri neft-qaz sektorunda isə 3,1% artıb.

ÜDM istehsalının 41,3%-i sənaye, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,2%-i nəqliyyat və anbar təsərrüfatı, 5%-i tikinti, 2,3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrinin, 18%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 9 938,7 manata bərabər olub.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin