Oktyabr ayının pensiya ödənişi yekunlaşdı

20:12 - 13 Oktyabr 2023

Oktyabr ayının pensiya ödənişi yekunlaşdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə oktyabr ayının pensiya ödənişini yekunlaşdırıb.

 

Manset.az  xəbər verir ki, oktyabrın 6-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin