AZAL Təl-Əvivə reysləri BƏRPA EDƏCƏK

19:00 - 8 Oktyabr 2023

AZAL Təl-Əvivə reysləri BƏRPA EDƏCƏK

Oktyabrın 10-dan etibarən "Azərbaycan Hava Yolları" Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir.

 

Bu barədə Manset.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək.

Aviaşirkət İsraildəki qeyri-sabit vəziyyətlə əlaqədar uçuşların müvəqqəti dayandırılması zamanı göstərilən anlayışa görə minnətdarlığını bildirir.

Əlavə məlumat əldə etmək üçün sərnişinlərə [email protected] elektron ünvanı vasitəsilə "Azərbaycan Hava Yolları"nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin