Bu işçilərin qulluq keçməsinə xitam veriləcək

20:20 - 6 Oktyabr 2023

Bu işçilərin qulluq keçməsinə xitam veriləcək

Miqrasiya orqanlarında sınaq müddətini müvəffəqiyyətlə keçə bilməyən işçinin qulluq keçməsinə xitam veriləcək.

 

Manset.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, sınaq müddətini müvəffəqiyyətlə keçə bilmədikdə, uzunmüddətli (altı aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerine yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam veriləcək.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin