Azərbaycanda gənc oğlan yanaraq öldü

21:17 - 13 Aprel 2023

Azərbaycanda gənc oğlan yanaraq öldü

Sabirabadda 26 yaşlı gənc yanaraq ölüb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Həşimxanlı kəndində qeydə alınıb.

Belə ki, rayonun Axraçı-Muğan kənd sakini, 1997-ci il təvəllüdlü Məhərrəmov Qurban Rafiq oğlu ağır yanıq xəsarətləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanada həkimlərin səyinə baxmayaraq, 4-cü dərəcəli yanıq xəsarəti alan Q.Məhərrəmov dünyasını dəyişib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin