SON DƏQİQƏ:Azərbaycanda rəisin sürücüsünün evində meyiti AŞKARLANDI

15:30 - 3 Aprel 2023

SON DƏQİQƏ:Azərbaycanda rəisin sürücüsünün evində meyiti AŞKARLANDI

Salyanda Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə rəisinin sürücüsünün evdə meyiti aşkarlanıb.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb.

Belə ki, şəhər sakini 1969-cu il təvəllüdlü Çingiz Əlipaşa oğlu Qədirovun meyiti yaşadığı evdə tapılıb.

İlkin məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbə rəisinin sürücüsü olan Ç.Qədirova iş yerindən dəfələrlə zəng vurulmasına baxmayaraq, cavab verməyib. Bu gün evə baxış keçirilən zaman onun meyiti yaşadığı evdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin