Türkiyədə iki futbolçu oyun alqı-satqısına görə saxlanıldı

20:31 - 30 Mart 2023

Türkiyədə iki futbolçu oyun alqı-satqısına görə saxlanıldı

Türkiyənin "İnegölspor" klubunun iki sabiq futbolçusu oyun alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılıb.

 

Manset.az xəbər verir ki, bunlar qapıçılar Emre Selen və Sercan Çobanoğludur.

Liga 2 təmsilçisi bildirib ki, ötən ilin dekabrında həmin oyunçularla bağlı prokurorluğa müraciət ediblər. Selen və Çobanoğludan başqa daha üç şübhəli tutulub. 

Xatırladaq ki, Sercan Çobanoğlu hazırda klubsuzdur. Emre Selen isə "Sivas Bələdiyyə"nin formasını geyinir.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin