Blinken Brüsselə səfər edəcək

18:06 - 30 Mart 2023

Blinken Brüsselə səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken aprelin 3-5-də Brüsselə səfər edəcək və burada NATO xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin Mətbuat Xidməti rəhbərinin birinci müavini Vedanta Patelin bəyanatında deyilir.

Blinkenin həmçinin Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel, NATO-nun Baş katibi Yens Stoltenberq və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə də danışıqlar aparacağı gözlənilir.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin