Türkiyədə yol çökdü - Maşınlar xəndəyə düşdülər

20:44 - 25 Aprel 2024

Türkiyədə yol çökdü - Maşınlar xəndəyə düşdülər

Türkiyənin İstanbul şəhərinin Şişli rayonunda yol çöküb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı “NTV” məlumat yayıb.

Belə ki, Fulya Mahallesi Yeşilçimen küçəsində naməlum səbəbdən yolda çökmə baş verib. Bu vaxt park edilmiş avtomobil və mikroavtobus çuxura düşüb.

Qruplar hadisə yerinə cəlb olunan kranla maşınları oradan çıxarmağı bacarıblar.

Polis xəndəyin ətrafına xəbərdarlıq lövhələri qoyub və təhlükəsizlik zolağı qurub.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin