Finlandiya öz qırıcılarını Ukraynaya verəcək

10:20 - 11 Mart 2023

Finlandiya öz qırıcılarını Ukraynaya verəcək

Finlandiyanın Baş naziri Sanna Marin köhnə qırıcıların Ukraynaya verilməsi ilə bağlı danışıqların başlanmasına icazə verib.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Yle” yazıb.

Onun sözlərinə görə, Finlandiya bu məsələdə maraqlıdır, çünki ölkə yeni qırıcılar almağa qərar verib.

"Bəli, düşünürəm ki, biz “Hornet”ləri də müzakirə edə bilərik, onları Ukraynaya göndərməyin mümkün olub-olmayacağını və hansı hazırlıq tələb olunacağını müzakirə edə bilərik", - Marin deyib.

Marin vurğulayıb ki, döyüş təyyarələri ilə bağlı müzakirələr çox erkən mərhələdədir və geniş beynəlxalq əməkdaşlığa ehtiyac var.

Açıq məlumatlara görə, Finlandiyanın 55 ədəd F/A-18 “Hornet” qırıcısı və iyirmiyə yaxın təlim modeli, həmçinin köhnə “British Hawk” təlim modelləri də var.

Qeyd edək ki, Finlandiya 2026-cı ilə qədər ABŞ-dan 64 ədəd F-35 qırıcısı sifariş edib.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin