Zelenski Birləşmiş Qüvvələr komandanını vəzifəsindən azad etdi

11:39 - 27 Fevral 2023

Zelenski Birləşmiş Qüvvələr komandanını vəzifəsindən azad etdi

Ukrayna prezidenti Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələr komandanı general-mayor Eduard Moskalevin vəzifəsindən azad edilməsi ilə bağlı qərarı dərc olunub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Rəyasət Heyətinin rəsmi internet saytından verilən açıqlamada, 113/2023 saylı fərmanla Birləşmiş Qüvvələr Komandanı Moskalevin vəzifəsindən azad edildiyi bildirilib.

Fərmanda Moskalevi kimin əvəz edəcəyi dəqiqləşdirilməyib.

Ukrayna mətbuatında yer alan xəbərlərə görə, general-mayor Moskalev 2022-ci il martın 15-də təyin edilmişdi.

Manşet.az


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin