Ukrayna səfiri sülh sammitinin keçiriləcəyi tarixi və məkanı AÇIQLADI

12:50 - 12 Yanvar 2023

Ukrayna səfiri sülh sammitinin keçiriləcəyi tarixi və məkanı AÇIQLADI

Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulan sülh sammitinin fevralın 24-də Birləşmiş Millətlər Təşkilatının ABŞ-ın Nyu-York şəhərindəki mənzil-qərargahında keçirilməsi planlaşdırılır. 

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, beynəlxalq mediada Rusiyanın fevral ayında Ukraynaya yeni hücum hazırladığına dair xəbərlərə işarə edən Bodnar sözlərini belə davam etdirib:

"Ukrayna kəşfiyyatındakı məlumatlara görə, Rusiyanın Belarus və ya Rusiya ərazisindən şimaldan yeni hücuma keçmək üçün qüvvələrini cəmləşdirdiyi, Kiyev və Ukraynanın şimal vilayətlərini ələ keçirmək üçün ikinci cəhd edə biləcəyi barədə məlumatlar var. Buna görə də, biz buna çoxdan hazırlaşırdıq. Və mən inanıram ki, hətta bu hücuma başlamaq onlar üçün asan məsələ olmayacaq. Lakin istisna etmək olmazdı ki, ruslar öz qüvvə və texnikasını yerləşdirərək Ukraynanın yeni ərazilərini ələ keçirmək üçün yeni böyük hücuma keçə bilərlər”.

Manşet.az


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin