Maqnit qasırğası gözlənilir

10:39 - 10 Yanvar 2023

Maqnit qasırğası gözlənilir

Yanvarın 10-u, çərşənbə axşamı, bu ayda artıq ikinci maqnit qasırğası başlayacaq. O, Yer kürəsini əhatə edəcək və dörd gün - yanvarın 13-dək davam edəcək.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, maqnit qasırğaları planetimizin geomaqnit sahəsindəki pozuntulardır. Onlar Günəş tərəfindən atılan yüklü hissəciklərin axınları nəticəsində yaranır.

Bu fırtına zəif olsa da, meteohəssas insanlar onun mənfi təsirini hiss edə bilirlər.

Yanvarın 4-dəki ilk maqnit qasırğası zəif olmuş, G1 kateqoriyasına aid edilmişdi.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin