İstanbulda turistlərə hücum planlaşdıran terrorçu SAXLANILDI

18:56 - 3 Yanvar 2023

İstanbulda turistlərə hücum planlaşdıran terrorçu SAXLANILDI

İŞİD-lə əlaqəsi olduğu bildiriliən əcnəbi İstanbulda terror planlaşdırdığı üçün saxlanılıb.

 

Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı Türkiyə Daxili İşlər Nazirliyinin əməkdaşları xüsusi xidmət orqanlarının dəstəyi ilə İstanbulda İŞİD terror təşkilatını ilə əlaqəsi olan əcnəbini saxlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, saxlanılan şəxs şəhərin izdihamlı və turistlər arasında populyar olan ərazilərində hücumlar həyata keçirmək istəyib.

Bundan əlavə, terrorçu sosial şəbəkələrdə təhdidlərlə dolu videolar paylaşıb.

Xatırladaq ki, dekabrın 16-da səhər saatlarında polis avtobusu partladılıb. Bomba Diyarbəkir-Mardin avtomobil yolunun kənarında park edilmiş avtomobildə olub. Doqquz polis əməkdaşı yaralanıb. Noyabrda isə İstanbulun mərkəzindəki İstiqlal küçəsində partlayış baş verib. Hücumda şübhəli bilinən 17 nəfər həbs edilib.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin