İlham Əliyevlə Olaf Şolts mətbuat konfrası keçirdi - VİDEO
26 Aprel 2024
11:00 - 5 Oktyabr 2022
Hindistanın şimalındakı Himalay dağlarında qar uçqunu baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, uçqun nəticəsində 10 nəfərin həyatını itirdiyi, itkin düşən 11 nəfərin axtarışlarının davam etdiyi bildirilib.
Bölgədə 29 nəfərlik bir qrupun dırmaşdığını ifadə edən Kumar, 8 nəfərin xilas edilərək xəstəxanaya göndərildiyini açıqlayıb.
Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələri (NDRF) və Hindistan ordusunun davam edən xilasetmə işlərinə 2 helikopterlə dəstək verildiyi bəyan edilib.
Beynəlxalq Dırmanma və Alpinizm Federasiyasının rəsmisi Amit Çovdhari deyib:
"Hindistan alpinizmi tarixində ilk dəfədir ki, belə böyük qrup alpinistlər qar uçqunu nəticəsində həyatını itirib".
Digər xəbərlər
Ən son xəbərləri səhifəmizdən də izləyin