"Youtube" azərbaycanlı müğənninin 25 min AZN-lik klipini qəbul etmədi - VİDEO

15:52 - 7 İyul 2022

Müğənni Dilarə Kazımovanın yeni klipi başına bəla olub.

 

Manset.az xəbər verir ki, sənətçi "Şourum" verilişinə müsahibəsi zamanı yeni təqdim etdiyi "Xarizma" mahnısının klipinin youtube platformasının qəbul etmədiyini açıqlayıb:

"Bizim youtube-la problemlər çıxdı. Klipin baxış sayı bütün platformalarda aşağıdır. Türkiyəyə dostlarıma zəng vurdum. Baxdılar dedilər, youtube-da elə bir klip yoxdur. Halbuki, klip yutubdadır, amma görsənmir. Beonsa, Şakiraya baxanda onlar açıq-saçıq kliplər çəkdirirlər. Kiməsə olar, kiməsə olmaz. İndi biz youtubedan cavab gözləyirik. Bilmirik onlar niyə belə ediblər".

Qeyd edək ki, estrada ulduzu sözləri və musiqisi Fidan Alivaya məxsus “Xarizma” mahnısını bir müddət əvvəl ekranlaşdırıb. Sənətçinin layihəsi üzərində böyük heyət çalışıb. Sözügedən klip üçün ümumilikdə 15 min dollar (təxminən 25 min 500 AZN) xərclənib.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin