"Mançester Siti"dən Edersona yeni müqavilə

07:00 - 18 Mart 2024

"Mançester Siti"nin qapıçısı Ederson kubu ilə müqaviləsini uzada bilər.

 

Manset.az  xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb. Klub 30 yaşlı qolkiperə maaşı artırmaqla yeni müqavilə təklif etmək niyyətindədir. Edersonun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Braziliyalı qapıçı 2017-ci ildən Mançester təmsilçisind çıxış edir. Bu mövsüm o, bütün yarışlarda 36 oyuna çıxıb, 31 qol buraxıb.


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin