Futboldan uzaqlaşdırılan Poqbaya GÜLMƏLİ TƏKLİF

15:15 - 13 Mart 2024

Futboldan uzaqlaşdırılan Poqbaya GÜLMƏLİ TƏKLİF

"Yuventus"un ulduz futbolçusu Pol Poqba dopinqdən istifadə etdiyinə görə 4 illik cəzasının ardından Rusiyadan sürpriz təklif alıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın Media Futbol Liqası komandalarından olan “Broke Boys” Poqbaya həvəskarlar liqasında oynamaq təklifi edib.

Poqba bu təklifi nəzakətlə rədd edib.

“Broke Boys”un idman direktoru Artjom Chatjaturjan İtaliya mətbuatı Tuttosport-a bildirib ki, Poqba həvəskarlar liqasında məşhur idman xadiminə çevrilə bilər.

İdman direktoru deyib:

"Bu, zarafat kimi görünə bilər, amma biz ona zəng etdik. O, bizi nəzakətlə rədd etdi. O, çətin bir prosesdən keçir və bunu qəbul etmək üçün vaxt lazımdır. Poqba dünyanın ən yaxşı futbolçularından biridir və o, uzun müddət oynaya bilməyəcək”.

Qeyd edək ki, “Broke Boys” Poqbaya ayda təxminən 1300 avro təklif edildi və lüks yaşayış kimi əlavə üstünlüklər təklif edib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin