Xaçmazda ağır qəza - Yaralılar var

17:45 - 3 Mart 2024

Xaçmazda ağır qəza - Yaralılar var

Gəndob-Yalama avtomobil yolunun 32-ci km-də, Xaçmaz rayonunun Mürşüd-oba kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, "VAZ-2107" və "VAZ-21010"markalı minik avtomobillərinin toqquşması nəticəsində biri azyaşlı olmaqla, Xaçmaz rayonu Moruqoba kənd sakini 1986-cı il təvəllüdlu Novruzov Vitaliy Raufoviç, 1981-ci il təvəllüdlu Xudat şəhər sakini, Həmrayev Bəhruz Allahyar oğlu və Bərdə rayon sakini, 1993-cü il təvəllüdlü Əliyeva Elminaz Rahid qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.



Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin