Hindistanda 2 yaşdan kiçik uşaqlara COVİD-19 vaksini vurulacaq

23:51 - 12 Oktyabr 2021

Hindistanda 2 yaşdan kiçik uşaqlara COVİD-19 vaksini vurulacaq

Hindistan hökuməti artıq 2 yaş və ondan kiçik uşaqlarda "Bharat Biotech" şirkətinin "Covaxin" vaksininin istifadə edilməsinə icazə verib.
 
Manşet.az
xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
 
Məlumata görə, indiyə qədər 944 milyon vətəndaş vaksinasiyadan keçib.
 
Qeyd edək ki, "Bharat Biotech" şirkəti Hindistanın səhiyyə sistemini çökdürən pandemiyanın dağıdıcı ikinci dalğasından sonra uşaqlarla bağlı da ciddi addımlar atmağa başlayıb. İyun ayında şirkət uşaqlarda Covaxin peyvəndin sınaqlarını aparıb.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin