SON DƏQİQƏ! Azərbaycanda evdə partlayış oldu - YENİLƏNDİ

22:48 - 24 Fevral 2024

SON DƏQİQƏ! Azərbaycanda evdə partlayış oldu - YENİLƏNDİ

Abşeron rayonu ərazisində çoxmənzilli yaşayış binasında yanğın baş verib.

 

Manset.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri məlumatla əlaqədar cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Əlavə məlumat veriləcək.

***22:12

Abşeron rayonu, Saray qəsəbəsində mənzildə yanğınla nəticələnən partlayış olub.

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin