Azərbaycanda AĞIR QƏZA - Ölən və xəsarət alanlar var

09:03 - 24 Fevral 2024

Azərbaycanda AĞIR QƏZA - Ölən və xəsarət alanlar var

Bakı-Qazax magistral yolunun Göygöl rayonundan keçən hissəsində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Manset.az report-a istinadən xəbər verir ki, Şəmkirdən Bakı istiqamətinə sərnişin daşıyan “Mercedes Vito” markalı mikroavtobus QAZ-53 markalı kiçiktutumlu yük maşını ilə toqquşub. 

Hadisə nəticəsində Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Duman Abdullayev ölüb. Hadisə zamanı habelə Şəmkir rayon sakinləri, 1965-ci il təvəllüdlü X.İsayeva və 1985-ci il təvəllüdlü V.Babayev xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta ağır və ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin