28 yaşlı kişi özünü Novxanıda istirahət mərkəzində öldürdü

09:53 - 7 Yanvar 2024

28 yaşlı kişi özünü Novxanıda istirahət mərkəzində öldürdü

Sumqayıtda intihar hadisəsi baş verib.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, Qax rayon sakini, 1995-ci il təvəllüdlü Məhəmməd Kərim oğlu Kərimov Novxanı bağları massivindəki “Gəmi” istirahət mərkəzinin ərazisində özünü asıb.

Onun meyiti Sahil küçəsində yerləşən istirahət mərkəzinə məxsus tikilidə aşkarlanıb.

29 yaşlı şəxs Novxanıda kirayədə yaşayırmış, evli olub, 1 övladı var.

İlkin məlumatda onun borclarına görə həyatına son qoyması bildirilir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin