“Bu oyunu müdafiəmiz qazandı”

01:05 - 22 Dekabr 2023

“Bu oyunu müdafiəmiz qazandı”

“Sabah”ın baş məşqçi əvəzi Nikola Bojinovski “Xəzri”ni 84:80 hesabı ilə məğlub etdikləri Azərbaycan Basketbol Liqasının 9-cu turunun oyununu şərh edib.

 

Manset.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Çox çətin oyun oldu. Bəlkə də startda hücumda istədiyimiz alınmadı, amma müdafiədə düzgün oynadıq. Biz bu cür oynamağı xoşlayırıq. Bu oyunu müdafiəmiz qazandı. Maykl Holton bir neçə 3 xallıq atışlar etdi. Oyunun sonuna yaxın daha çox enerji sərf etdik. Rəqibi müdafiəmizlə məğlub etdik. Onların geridönüş etmək şansı var idi. Lakin sonda qələbə qazanan tərəf biz olduq!"


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin